Bu ulduzların əmlakları müsadirə ediləcək – SİYAHIbackend

Bu ulduzların əmlakları müsadirə ediləcək - SİYAHI

Xarici agent statusu daşıyan rusiyalı məşhurlara məxsus əmlakların siyahısı ictimailəşib.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, siyahıda birinci yerdə dəyəri bir milyard rubl olan Maksim Qalkinin qəsridir. Rəssam Dmitri Nazarovun Rusiyada 15 milyon rubla üç mərtəbəli evi və 20 milyon rubl dəyərində üç otaqlı mənzili də müsadirə ediləcək əmlakların siyahısındadır.

Həmin siyahıda yazıçı Dmitri Qluxovskinin Moskvanın mərkəzindəki iki mənzili də var. Bu mənzillərin dəyəri 200 milyon rubl dəyərində qiymətləndirilir. Rusiya məhkəməsinin artıq qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum etdiyi Aleksandr Nevzorov Sankt-Peterburqda 45 milyon rubl dəyərində ikimərtəbəli penthausun sahibidir.

“Aqvarium” qrupunun lideri Boris Qrebenşçikovun da Sankt-Peterburqda bahalı mənzili var. Həmin mənzil yüksək qiymətə icarəyə verilib.

Yayılan məlumatlara görə, Rusiya məhkəməsi yaxınlarda bu əmlakları müsadirə edəcək.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*