Bu yolda yenə sürüşmə oldu: 8 kəndlə əlaqə kəsildi backend

Bu yolda yenə sürüşmə oldu: 8 kəndlə əlaqə kəsildi 

Quba-Xınalıq yolunda təkrar torpaq sürüşməsi baş verib.

KONKRET.az APA-ya istinadla xəbər verir ki, yolun daha əvvəl təmizlənərək hərəkətin bərpa olunan hissəsində bu gün yenidən torpaq sürüşüb.

Nəticədə Quba rayonunun Xınalıq da daxil olmaqla 8 dağ kəndi ilə nəqliyyat əlaqəsi kəsilib.

Bölgədə davam edən yağıntılı hava şəraiti və dağlıq relyefdə torpağın rütubətlənməsi sürüşmə prosesini aktivləşdirib. Hazırda aidiyyəti qurumların texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub, yolun təmizlənməsi və gediş-gəlişin bərpası istiqamətində işlər aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*