Buça və İrpində baş verənlər Ukraynada müharibəyə son qoymaq səylərinə kölgə salır – Ərdoğanbackend

Buça və İrpində baş verənlər Ukraynada müharibəyə son qoymaq səylərinə kölgə salır - Ərdoğan

Buça və İrpində baş verənlər Ukraynada müharibəyə son qoymaq səylərinə kölgə salır.

KONKRET.az “Anadolu” agentliyi istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan qeyd edib ki,  Türkiyə Ukraynada müharibənin dayandırılmasına yönəlmiş bütün lazımi səyləri davam etdirəcək.

Ukraynada mülki şəxslərə hücumlar Ankaranın vasitəçiliyi ilə Moskva ilə Kiyev arasında aparılan danışıqların uğurlu gedişini ləngitdi.

  • “Tərəflər danışıqlarda nəzərəçarpacaq irəliləyiş əldə ediblər, lakin Buça və İrpinin görüntüləri, Kramatorsk mülki şəxslərinin hədəf kimi istifadə edilməsi bizim səylərimizə kölgə salır”, – deyə Ərdoğan təəssüflə bildirib.

Eyni zamanda o qeyd edib ki, Türkiyə Ukraynada hərbi əməliyyatların dayandırılması və Moskva ilə Kiyev arasında davamlı sülhün əldə olunması üçün bütün lazımi səyləri davam etdirəcək.
“İki qonşumuz arasında atəşkəsə nail olmaq, daha sonra isə davamlı sülhə nail olmaq insanlıq naminə edilən ən yaxşı işlərdən biri olacaq”, – Türkiyə lideri bildirib.

  • “Bu müharibədə qalib olmayacaq, çünki bütün bəşəriyyət uduzur. Əslində, münaqişələr davam etdikcə həm insan itkiləri, həm də iqtisadi xərclər artır. Dünyamız böyük qeyri-müəyyənliyə doğru sürüklənir”, – Ərdoğan əlavə edib.

Dövlət başçısı əmin edib ki, Türkiyə İstanbulda Rusiya-Ukrayna danışıqlarının “tərəfləri və beynəlxalq ictimaiyyəti qane edən” nəticəyə nail olmağa çalışacaq.

Prezident Ərdoğan Ukrayna böhranının dialoq və Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qorunması əsasında sülh yolu ilə həllinin mümkün olacağına əminliyini ifadə edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*