Builki tələbə qəbulunda abituriyentlər üçün “tələ”lər hazırlanıb – Test üsulu qəsdən gözdən salınırbackend

Builki tələbə qəbulunda abituriyentlər üçün “tələ”lər hazırlanıb - Test üsulu qəsdən gözdən salınır

Xalid Kazımlı

Keçən il test üsulu ilə tələbə qəbulunda ənənəvi qaydaların radikal şəkildə dəyişdirilməsi, yeni hoqqalar çıxarmaqla düzənin pozulması zamanı ictimaiyyətin narahatlığını nəzərə alaraq bir tənqidi yazı yazmışdım. İllər öncə qurulmuş və abituriyentlərin vərdiş etdiyi bu qaydaların tətbiqinin son nəticədə imtahanda gənclərə yüksək ballar toplamaqda mane olduğunu, bu səbəbdən yüksək ballar toplayanların azaldığından bəhs etmişdim.

DİM sədri Məleykə Abbaszadə isə mətbuat konfransında bu iradlara cavab vermiş, hətta öz erudusiyasını göstərərək, “İqor polku haqqında dastan” əsərindən sitat gətirmiş, iradlarımı rusca “Yaroslavna plaç” (“Yaroslavnanın ağısı”) adlandırmışdı. Elə çıxırdı ki, mən 700 bal toplamayanlar üçün ağı deyirəm, ah-nalə edirəm.

4.jpg (24 KB)

Ancaq gerçəkdən də ağlamalı durum idi. Anlaşılmırdı: 2018-ci ildə 27 abituriyentin ən yüksək – 700 bal toplaması, yüzlərlə gəncin isə 650-dən çox bal yığması DİM rəhbərliyini nədən narahat edib ki, onlar tez-tələsik “islahat keçirərək”, növbəti ildə müvəffəq abituriyentlərin ixtisar olunmasını hədəfləyiblər və 2019-cu ildə buna nail olublar. Qeyd edək ki, ötən il 700 bal toplayan olmadı. 2018-ci ildə 635 balla ödənişli yerləri seçməyə məcbur olan abituriyentlər olduğu halda, 2019-da artıq bu göstərici 560-a qədər endi.

Belə görünürdü ki, bir ilin içində abituriyentlər “savadsızlaşıb”. Əslində isə elə deyildi. Abituriyentlərin əxz edəcəyi predmetlər artırılmış və çətinləşdirilmişdi. İndi də elədir. Son iki ilin abitiriyentləri bundan əvvəlki illərdəki həmyaşıdlarından daha çox oxumağa, hazırlaşmağa məcburdurlar.

Yeni təhsil naziri isə bunu dünya standartlarına uyğunluq adlandırır.

Oxu.az - Bu məktəb 40 ildir təmir olunmur - FOTO

Qara gəlsin o dünya standartlarını. Şagirdə Ağcabədi-Hacıqabul-Zobucuq-Qaragüney standartları ilə bilik verirsiniz (son 6 ayda heç o da olmadı), Kembric, Oksford, Harvard standartıyla imtahan götürürsünüz? Məktəblərdə 9-11-ci siniflər üçün tədrisin qeyri-rəsmi şəkildə ləğv olunması hansı “dünya standartına daxildir”?

Deyilə bilər, DİM hamıya eyni gözlə baxır, suallar çətindirsə, hamı üçün çətindir. Birincisi, elə deyil. Bəzi günlərdə abituriyentlərə verilən suallar nisbətən asan, bəzi günlərdə çətin olur, haqlı rəqabət prinsipi kobudcasına pozulur.
İkincisi, 1 həftə öncə abituriyentlərə verilmiş və cavablandırılmış suallar “bunker repetitorları” tərəfindən öz müdavimlərinə paylanır və onlar artıq imtahanda hansı suallarla qarşılaşacaqlarını bilirlər, konkret o cavabları əzbərləyib hazırlaşırlar. Yenə də haqsız rəqabət alınır.

1536936531_ron.jpg (147 KB)

Üçüncüsü, “dünya standartlarını” uğursuz şəkildə tətbiq edərkən 17 yaşlı cocuqların keçirdiyi həyəcan, stress, yüklənmə, məyusluq, depressiya kimi hallar nəzərə alınmır. Hələ pandemiya dövrünün sıxıntılarından bəhs etmirəm.

Bircə şeyi düşünün, DİM sədri Məleykə Abbaszadə, eləcə də onun müavinlərindən bir neçəsi özləri ali məktəbə daxil olarkən cəmi 9 suala (3 ayrı-ayrı imtahanın hərəsində 3 suala) cavab veriblər və bir inşa yazıblar. Vəssalam.

İndiki abituriyentlər isə 180 suala cavab verməlidirlər və onların çoxu düsturlu məsələ həlləridir. Riyaziyyat, kimya, fizika fənlərində elə məsələlər var ki, abituriyent onlara atomu parçalayan Eynşteyn kimi yanaşmalı, düsturları ard-arda sıralaya-sıralaya bir vərəqi qaraltmalı, yarım saatdan sonra cavabı tapıb qeyd etməli və digər sualın kələfini çözməyə keçməlidir.
9 suala cavab vermək hara, 180 suala cavab yazmaq hara? Həm də o vaxtlar 4 imtahana ən azı 16-20 gün vaxt verilirdisə, indi iki dəfə 3 (toplam 6) saat vaxt verilir?

2.jpg (135 KB)

 

Məqsəd nədir? 17-18 yaşlı abituriyentlər ali məktəbə artıq hazır riyaziyyatçı, kimyaçı, fizik, tarixçi kimi daxil olacaqlarsa, onlara universitetdə nə öyrədəcəklər?

Yenə əsas arqument “dünya standartları” olacaq. Amma ölkəmizdə heç nə (varlıların məişət şəraiti və lüks avtomobilləri istisna olmaqla) dünya standartlarına uyğun deyil və qat-qat geridədirsə, bir damcı uşaqlar o standarta uyğunlaşa bilməzlər.

Məqsəd abituriyentlərin bilik səviyyəsini ölçmək və aşkarlamaqdırsa, bunu daha sadə üsullarla etmək və gənclərin fiziki və sağlamlığına zərbə vurmamaq şərti ilə etmək gərəkdir.

Ancaq DİM hansısa məkrli niyyətlə bunun əksini edir. Sanki məqsəd abituriyentləri daha da dolaşdırmaq, çaşdırıcı suallarla onları yanılmağa vadar etməkdir. Bu il bir çox sualların cavab variantları o qədər çaşdırıcı, bir-birinə yaxın olub ki, abituriyüntlərin bir xeylisi də o tələlərə düşüb.

3.jpg (217 KB)

Həmin abituriyentlərin sırasında şəxsən tanıdığım gənclər var, tədris kitablarının hansı səhifəsindən soruşurdun, tapança kimi cavab verirdilər və elə görünürdü ki, onlar 30 sualın 30-na doğru cavab verəcəklər. Amma nəticə 20 civarında olub. Məlum olur ki, uşaqların cavab verə bilmədiyi 10-a yaxın sual ümumiyyətlə heç bir topluda yoxdur, tamam yenidir. Belə predmetləri imtahana salmaqda məqsəd nədir?

Bizimkilər sanki elmdən iyrənən, təhsilə nifrət edən, “onsuz da oxumağın xeyri yoxdur” fikrinə dolan gənc nəsil yetişdirmək, test üsulunu gözdən salmaq, valideynlərin bu qaydayla qəbula kütləvi etirazlarını təşkil etmək istəyirlər.

kolla.JPG (53 KB)

Niyyət yavaş-yavaş testlə qəbul üsulunu ləğv etməkdirsə, nə özlərini, nə də abituriyentləri dağa-daşa salmasınlar, ləğv etsinlər, getsin. İnsanlar da gələn il, vaxtilə sovet dövründə olduğu kimi, sadəcə, yeni məzənnə ilə (50, 100 min, bəzi ixtisaslar üçün 250 min manat) pullarını ödəyib tələbə bileti alsınlar.

Belə dünya standartları da var. Yuxarıda adları çəkilən məşhur universitetlərdə təhsil haqqı çox bahadır, pulu olan oxuyur, olmayan gedib “qara işlər”də çalışır.

P.S. Yanlış anlaşılmasın deyə ilk baxışdan lovğalıq kimi görünə biləcək bir zəruri qeyd etməyə məcburam: Bu sətirlərin müəllifinin övladları 3 bakalavr, 2 magistr, 2 dövlət qulluğu imtahanlarında yüksək ballar toplayıb, 3 qırmızı diplom qazanıblar. Yəni bu yazı “şəxsi ah-nalə” deyil, ictimai səciyyə daşıyır. Çünki son iki ildə tələbə qəbulu sahəsində çıxarılan hoqqalar qorxulu tendensiyadan xəbər verir.

P.P.S. Blok imtahanının keçən il olduğu kimi təkrar keçirilməsi haqlı tələbdir.

  • məmmədova
    Avqust 21, 2020 - 16:47

    ağlınıza sağlıq.çox doğru dediniz.çox haqsizliqlar olunur. bu imtahan tərtib eləyənləri Allaha hevale edirəm.bu qədər abituriyentlərin ahını alırlar.

  • Rövşən Quliyev
    Avqust 21, 2020 - 16:59

    Bəli məndə bir valideyin olaraq blok imtahanlarının təkrar keçirilməsini tələb edirəm!

  • Aysel
    Avqust 21, 2020 - 17:15

    Məncədə doğrudur. Bu il 3_cü qrupda 1_ci gün çox asan olmuşdu. Amma 2-ci gün çətinlik səvoyyəsi artırılmışdı. Ədəbiyyat test toplusu bu il çıxmağına baxmayaraq elə suallar var idi ki, heç test toplusunda belə yox idi.TqDk dan soruşanda isə bizom bütün suallar 9-11 ci sinifləri və test toplusunu əhatə edir. Bir də haqqsızlıq o idi ki mən 3 cü qrup ola ola riyaziyyatdakı suallarım 1və 4 qrup səviyyəsində idi. Və bununla yanaşı ən yüksək balı riyaziyyata verirlər. Bu elə olduqda 3 cü qrupların balı xeyli aşağı düşür. Amma keçmiş formada isə riyaziyyat sualları qrup səviyyəsinə görə müəyyənləşirdi

    • Elxan
      Avqust 21, 2020 - 23:05

      İmtahanlar çox çətin olub bunu hansı tələbədən soruşursan deyir bilərəkdən qəliz ediblər belədə suall olar biyabırçılığdı vallah.

  • Əfruz
    Avqust 21, 2020 - 17:23

    Həqiqətəndə bu il çox çətin idi keçən ilki suallar daha asant idi

  • Samir
    Avqust 21, 2020 - 20:15

    Təkrar imtahanlar keçirilməlidir, özüdə bir gündə.

  • Taleh
    Avqust 21, 2020 - 20:33

    Ağzınıza salıq.Bu qeder haqsizlıq olmaz .Menim övladım gecə gündüz oxuyub sonda aşağı bal yığıb Heçne demirem bu uşaqlarïn ahı tutsun onları bele bir şeraitde günün altında bir qarïn ac bir qarïn tox yollarda qalıblar .Sondada sevine bilmediler.Imtahanı bu qeder qəliz edenleri allaha hevale edirem.Onsuzda bu uşaqlarïn ahï yerde qalmayacaq.

  • Fidan
    Avqust 21, 2020 - 20:43

    Axır ki bizi de fikirleshen oldu. Toplumumuzda insanlar neyin nece olduğunu anlamaqda çetinlik çekirler. Her sheyin asan olduğunu düshünürler. Meselen blok imtahanında tarixden sualları yaza bilmek üçün 12 kitab oxumalısan. Material çox ağırdır. Biz abuturiyenler universitete hazırlashdığımız zaman bashqa semereli ishlerle de meshğul olmaq isterdik. Amma bu heç cür alınmır. Çünki materialı çatdırmaq olmur. Artıq bezi heqiqetlere göz yummalı deyilik. Etiraf edilmelidir ki, Azərbaycan tehsilde bir çox deyishiklikler etmeye mecburdur!!!

  • Hüseynli
    Avqust 21, 2020 - 21:05

    Attestat imtahanı şagirdlərin minimum bilik səviyyələrini yoxlayır. Bu müzakirə olunmazdır. Mən keçən il imtahan vermişəm və riyaziyyat maximum balla qiymətləndirilib (4cü ixtisas qrupu üzrə). O ki qaldı topluda olmayan sualların imtahana düşməsi məsələsi məncə tamamilə labüddür. Çünki, əgər bir mövzu mənimsənilirsə, tam şəkildə mənimsənilməlidir. Yəni sadəcə topluda olan suallar ƏZBƏRLƏNMƏMƏLİDİR! Mövzunu bilən şagird həmin mövzu çərçivəsində istənilən suala rahat şəkildə cavab verə bilməlidir.

  • Nəzrin
    Avqust 21, 2020 - 21:13

    Həəə bir şeyi unutdum. Pulla diplom almaq sadəcə acizlikdəndir. Elə hadisə ola da bilməz. Olsa belə, bizdə heç bir təhsil müəssisəsi o qədər keyfiyyətli dərs vermir. Məndən sizə nəsihət əgər pulunuz varsa, özünüzə biznes qurun!!

  • Ramil
    Avqust 21, 2020 - 21:27

    DİM-ə qarşı olan ittihamlarınız heç bir arqumentə əsaslanmır. Ənənəvi test üsulu yeni təhsil sisteminə uyğun deyil. (Kurikulum). DİM imtahan modelini özündən icad eləmiyib. TN və NK ilə birlikdə verilən bir qərardır. Qaldı ki islahatın olmasına bu təhsilin inkişafı üçün önəmlidir. Amma təhsil ocaqlarında Maddi texniki baza tam təmin olunmalıdır. Qaldı ki eyni imtahan suallarının müxtəlif regionlarda asan və ya çətin olması qeyri mümkündür. Hər eşidilən sözü mediada dərc eləmək savadsızlıqın göstəricisidir.

    • Ayisha࿐
      Avqust 21, 2020 - 22:37

      Xahiw edirem. Ne olar 3 ildi qebul ola bilmirem.Balım çatmırdı. Bu il qəbul olmuşam lakin kollec üzrə. Amma mən 5ci qrup üzrə imtahan verdim və balım çatmadı 5 üzrə. Kollec seçiminidə ərizədə qəbul edə bilməmişəm İmkan olmayıb qeydiyyatdan keçməyə və Həmin vaxtlarda Karantin var idi. Nə olar Kollec qeydiyyatı olsun mənim kimi 100lərlə uşağlar bu il çöldə qalacağlar. İmkan yaradın kollecə üzrə sənəd verəsiniz qeydiyyat olsun. Nə olar. Nələr keçirdiyimi Bir Allah bilir. İdman üzrə qabiliyyətdə yığışdırılıb bizim üçün bir mərhələ oldu 5ci qrupda. Xahiş edirəm kollec sənədi bərpa olunsun bizləri sevindirin. Ailələrimiz sevindirin.

  • Aytən
    Avqust 21, 2020 - 23:06

    bəli çox düzdür. xüsüsəndə normlada bir uşagin 30 sualin 30nuda düz yazib. imtahanda 10 dənə yazmasi normal deyil. həyqətəndə haqlisiniz. bu dünyanin tərəzisi səf çəkir. kimin pulu var oxuyir. bunker məlimin yanina gedir. kimin ki ki yoxdu qara işlərlə məşgul olur. bu il baalar endirliməlidir. və test üsülü ləgv edilməlidir.

  • Nazile
    Avqust 22, 2020 - 00:07

    Menim oglum 700 balliq usaq idi.Imtahanlarl legv olunduqca ancaq bir söz deyirdi Allah evinizi yixsin.Imtahan gunlerinin kefleri istiyende kecirilmesi ,suallarin bir gun asan bir gun cetin olmasini gorub eseb kecirende ailece bir soz deyirdik MELEYKE ALLAH EVINI YIXSIN MILLETIN BALASINI BEDBEXT ETDIN.
    MILLETIN AHI tutdu seni balan rehmete getdi.sen allahdan qorxmursan?basqa ezizini itirmekden qorxmursan ?bu qeder insanin ahini aldin eziyetini itirdin haqqimiza girdin.Seni ve senin komekcilerini Allaha hevale edirik.Allah o dunyada qir qazanda yandirsin sizi.SIZKI bu uşaqlarin eziyeyini itirdiz Allahda sizin eziyetinizi itirsin.AMIN.

  • Konul
    Avqust 22, 2020 - 00:35

    15nəfərlik auditoriyada 5nefer sirf kimyanı 20deq hell ede bilirse, digerleri ede bilmirse gunah DİM.de deyil, imtahana düsen butun suallarin cavablari derslikde var.. boş-boş danişmaqdansa usaqlarin savadina baxin, əvvəlki illərlə muqayisede heqiqeten oxuyan azdir.. ister buraxilis, ister qebul, dersliklerdeki movzulara, tapsiriqlara uygun hazirlanib, builki 9larin buraxilisdaki çarx meselesi 6ci sinif dersliyinde var, bu meseleye cetindir deyen 9cu sinif sagirdine DİM ne etsin.. qaldi bunkerlere…bacarigi savadi olmayan bunkerin verdiyini belə ezberleyib kece bilmir..Kas bir cox dovlet orqanlarimiz DİM kimi operativ işləyəydi..

  • Seadet
    Avqust 22, 2020 - 06:54

    Tamami ile raziya.Blok imtahani yeniden kecirilsin.Bu nedi bu uwaqlara bu pandemiyada sersmi kecurildi?Onlayn saldilar repetitorlugu legv etdiler.En azi veziyyeti duwunub asan salardilar.Hazirlawmaq az imiw,strs eziyyer az imiw imtahan bitenden heyacandan menim ywaqim corek yemir.Bizim hesabla 15bal catmir ki bu uwaq pulsuza secim etsin.Bele getse kimse qalib bu dovlette oxumuyacaq.

  • Nigar
    Avqust 22, 2020 - 17:24

    Blok imtahaninin 2 defe kecirilmemesi haqsizluqdir bu ilki abituruyentlere . Ne ucun ferq qoyulur uwaqlarin ne gunahi varki 2020 de mezun oldular her wey onlarin bawinda gorundu

Taleh üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*