Rusiya prezidenti Vladimir Putin koronavirusa yoluxan ətrafındakılar haqda danışıb.
KONKRET.az-ın TASS-a istinadən məlumatına görə, Putin deyib ki, yoluxanlar protokol xidmətinin əməkdaşları, ölkə başçısının mühafizəçiləri və mətbuat xidmətinin əməkdaşlarıdır.
“Vaxtında təkrar vaksin vurdurmaq yaddan çıxmamalıdır. Bizim protokol, mühafizə və mətbuat xidmətlərinin əməkdaşları vaxtında təkrar vaksin vurdurmadılar, özlərini COVID-19-dan qorusunlar. Bu da nəticə», — Putin deyib.
