BMV VAZ-la toqquşdu: 1 ölü, 4 yaralıbackend

BMV VAZ-la toqquşdu: 1 ölü, 4 yaralı

Salyanda yol qəzası baş verib.

KONKRET.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb.

BMV və VAZ markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər – Neftçala rayon sakinləri – 1954-cü il təvəllüdlü Atakişi Hüseynov, 1957-ci il təvəllüdlü Mələysuma Hüseynova, 1981-ci il təvəllüdlü Günel Məlikova və Salyan rayon sakini 2004-cü il təvəllüdlü Nurlan Məmmədov xəsarət alaraq Salyan xəstəxanasına yerləşdirlib.

Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (2 qadın, 2 kişi) oktyabrın 23-də saat 15:20 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir, 2 nəfərin vəziyyəti stabil, digərlərinin isə orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*