Bütün birinci sinif şagirdlərinə prezidentin adından noutbuklar VERİLƏCƏKbackend

Bütün birinci sinif şagirdlərinə prezidentin adından noutbuklar VERİLƏCƏK

Türkmənistanda yeni tədris ilində Prezident Sərdar Berdiməhəmmədovun adından 76 677 birinci sinif şagirdinə noutbuk hədiyyə ediləcək.

KONKRET.az xəbər verir ki, bu barədə Türkmənistan KİV-i məlumat yayıb.

Bildirilib ki, Sənaye və Tikinti Materialları Nazirliyi “Aydyn Gijeler” şirkəti ilə birlikdə məktəblərə lazımi sayda kompüter göndərib.

Məlumata görə, bu barədə avqustun 25-də ölkə Prezidenti Sərdar Berdiməhəmmədov müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, “Bilimli” markalı noutbuklar “Aydyn Gijeler” şirkəti tərəfindən hazırlanır. Belə ki, noutbuklar güclü prosessor, böyük həcmdə RAM (4 GB) və müxtəlif tapşırıqları gecikdirmədən yerinə yetirməyə imkan verən sürətli qrafika ilə təchiz olunub. Noutbuklarda türkmən, rus və ingilis dillərində mövcud olan 11 tədris proqramı var.

Xatırladaq ki, 2011-ci ildən “Bilik Günü”ndə birinci sinif şagirdlərinə kompüterlər verilir.

İqbal Rzayev,

KONKRET.az

  • Səbnəm
    Avqust 30, 2023 - 14:44

    Urəyim əsdi, qabacadan yazında Türkmənistan

    • Atilla
      Sentyabr 1, 2023 - 12:55

      🤣🤣🤣🤣🤣
      Tez bir Valerian iç

    • Elvin
      Sentyabr 2, 2023 - 09:51

      🤣🤣🤣🤣Allah sizi güldürsün

  • Asəf
    Sentyabr 1, 2023 - 13:24

    Neynirəm Türmənistanı. Biz Azərbaycanda yaşayırıq. Xəbər başlığını düzgün qoyun.

  • Xeyale
    Sentyabr 1, 2023 - 18:27

    Mende ele bildim bizim olkedi kaş bizim olkede butun sagirdlere verile

  • Elnur
    Sentyabr 1, 2023 - 23:46

    Oglum birinci sinife gedir cox sevinmisdim ki,sevincim bogazimda qaldi turkmenistan oldugunu gorende. Hardadi bizim olkede bele destek!? Ali tehsil almisam 5 ildir is tapa bilmirem

  • Akuladı
    Sentyabr 2, 2023 - 00:10

    Üreyimdən çox şey keçdi nəsə😏

  • Nərgiz
    Sentyabr 2, 2023 - 00:44

    Oğlum 1ci sinifə gedir bu il bir an sevindim ama bizdə heç 1 məktəb çantası belə verilmir ki uşaqlar sevinsin

  • Rasif
    Sentyabr 2, 2023 - 10:16

    😄😄😄 fikir eləmiyin inşallah oda olar qarabağ düzəlsin qaydasına düşsün bizdədə olar inşallah

  • Fəti
    Sentyabr 2, 2023 - 14:15

    🤣🤣🤣hardadı bizdə o şans

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*