KONKRET.AZ xəbər verir ki, bioloqlar müəyyən ediblər ki, planetimizin əksər canlı varlıqlarında ildən-ilə artan aqressiya müşahidə olunur. Alimlər buna hörümçək üzərində aparılan tədqiqatlarda bir daha əmin olublar. Tədqiqatçı biloqlar tərəfindən hörümçəklərin davranışında hər il artan aqressivliyinin səbəbləri öyrənilib. Alimlərin yekdil qənaətinə görə, buna iqlim dəyişikliyi səbəb olub.
McMaster Universitetinin mütəxəssislərinin hörümçəklərin “Anelosimus studiosus” növü üzərində apardığı tədqiqatlar da bunu sübut edib. Qeyd edək ki, son illərdə Amerikada yaşayan bu növ həşəratlar aqressivliyi ilə diqqəti cəlb edib. Alimlər hörümçəklərin təcavüz səviyyəsinin artmasını bir çox istiqamətlərdə araşdırıblar. Son nəticə isə bioloqların ümumi rəyində öz əksini tapıb. Aparılan təcrübələr sübut edib ki, hörümçəklərin aqressiyası həssas olduğu mənfi iqlim şəraitinə uyğunlaşıb. Alimlərin ümumi qənaəti isə belədir ki, qlobal iqlim dəyişikliyi bütün canlılara öz təsirini göstərir. Və əksər canlıların xüsusiyyətlərində aqressivlik meylləri artır.
KONKRET.AZ
