Bütün dünyanın gözlədiyi qərar verildibackend

Bütün dünyanın gözlədiyi qərar verildi

Avstraliyada təcavüzdən sonra 21 yaşlı İsraildən olan ərəb tələbəsini öldürməkdə günahlandırılan şəxs 36 il həbs cəzasına məhkum edilib. Viktoriya əyalətinin Ali Məhkəməsinin iddiasında hakim “varvar bir hücum”, “qadınların qorxmadan küçələrdə təkbaşına gedə bilməsi lazımdır”, – deyə qərar verdiyini açıqlayıb.

Yanvar ayında baş verən qətl ölkədə böyük bir qəzəbə səbəb olmuş və minlərlə insan anım tədbirlərində iştirak etmişdi.

Aya Maasarveni öldürdükdən sonra bədənini yandıran 21 yaşlı Kodi Herman 30 ildən sonra şərti olaraq azadlığa çıxmaq üçün ərizə ilə müraciət edə biləcək.

Cəsədi yandırdı

Məhkəmə sənədlərinə görə, Melburndakı La Trobe Universitetinin tələbəsi Aya Maasarveyə yanvarın 16-da gecə məktəb yaxınlığında bacısı ilə telefonla danışarkən ona hücum edilib. Təcavüzkar Maazarveyə metal bir boru ilə vurduqdan sonra təcavüz edib.

Kodi Herman hücum zamanı ölən Maasarvenın cəsədini yandırdığını da etiraf edib.

Ertəsi gün səhər Maasarvenin cəsədi tapılıb, Herman isə iki gün sonra həbs olunub.

“Bu inanılmaz dərəcədə şok, qalmaqallı və faciəli bir hücumdur”, – deyə Avstraliyanın Baş Naziri Skot Morrison bildirib.

Maazarve üçün universitetdə və əyalət parlamenti qarşısında keçirilən anım tədbirlərinə çox sayda insan qatılıb.

Gender mədəniyyətinin məhsulu

Viktoriya əyalətinin Baş Naziri Daniel Endryus bildirib ki, “dəyişməyəcəyimiz müddətcə heç bir şey dəyişməz. Cəmiyyətimizdə bu insanları yaradan seksist davranışa məhəl qoymamalı və yalnız pis adamları günahlandırmalıyıq”.

Avstraliya İnsan Haqları Komissiyasının 2017-ci ildə yayımladığı hesabatda qadınlara qarşı zorakılığın artdığı qeyd edilmişdi. Məlumata görə, ölkədə hər 5 qadından biri və 20 kişidən biri 15 yaşından sonra cinsi zorakılığa və ya təhdidə məruz qalır.

Ölkənin ikinci böyük şəhəri olan Melburna xaricdən təhsil almağa gələn çox sayda insan var. 2017-ci ildə 200 mindən çox tələbənin Viktoriyaya gəldiyi bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*