Bütün gözlər İranda – “Əl-qolumuz bağlanmayacaq”backend

Bütün gözlər İranda - "Əl-qolumuz bağlanmayacaq”

İsrailin Livandakı hücumlarından sonra bütün gözlər İrandadır.

KONKRET.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü bəyan edib ki, onun ölkəsi müharibə istəmir. O, həmçinin İranın Livan və Fələstinə qoşun göndərəcəyi ilə bağlı iddiaları da təkzib edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Kənani bu sözlərlə Tehranın İsraillə müharibə istəmədiyini açıqlayıb. “Bununla belə, təhlükə artarsa, əl-qolumuz bağlanmayacaq”, – deyə o əlavə edib.

“Biz müharibə axtarmırıq. İran İslam Respublikası və İran xalqı müharibəyə can atmır. Əksinə, bölgədə sülhü və sabitliyi möhkəmləndirməyə çalışırıq. “Bu arada bizim milli təhlükəsizliyimizə və maraqlarımıza qarşı heç bir avantürist hərəkata və ya hərəkətə qarşı əlimiz heç vaxt bağlı olmayıb və olmayacaq”.

İsrail Livanda Nəsrullahı öldürdükdən sonra İranın Livana əlavə əsgər göndərəcəyi ilə bağlı iddialar artıb. Nasir Kənani buna ehtiyac olmadığını bildirib.

“Livan və Fələstin hökumətləri sionist rejimin təcavüzünə qarşı özlərini müdafiə etmək qabiliyyətinə və gücünə malikdir və İran İslam Respublikasının əlavə və ya könüllü qüvvələr göndərməsinə ehtiyac yoxdur”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*