Canavarların kəndə hücumu ilə bağlı nazirlikdən açıqlamabackend

Canavarların kəndə hücumu ilə bağlı nazirlikdən açıqlama

Zaqatalanın Çökəkoba kəndinə canavarların hücumu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) nümayəndələri həmin əraziyə göndərilib.

KONKRET.AZ xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq nazirliyin departament rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, hazırda vəziyyət araşdırılır: “Canavar və digər yırtıcı heyvanların yaşayış məntəqələrinə, kənd təsərrüfatı heyvanlarına hücumuna səbəb payız-qış mövsümündə onların yem bazasının azalması və yemə tələbatlarının artmasıdır. Bu da onları axtarışa çıxmağa, daha çox yem mənbəyi axtarmağa vadar edir. Nəticədə yırtıcıların yaxınlıqdakı yaşayış məntəqələrinə, kənd təsərrüfatı heyvanlarına hücumu halları qeydə alınır”.

Departament rəisi onu da bildirib ki, hazırda heyvanların ərazidən uzaqlaşdırılması üçün hürküdücü vasitələr tətbiq olunur, zərurət yarandığı təqdirdə müvafiq tədbirlər görüləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*