“Euronews”a danışan şəhər sakinləri təşviş içində olduqlarını gizlətməyib. “Həyat daha cansıxıcı olub. Əvvəllər darıxanda, heç olmasa, kafeyə gedirdik”, – onlardan biri belə deyib.
İtaliyanın sənaye şəhəri sayılan Milanda da küçələrdə çox az adam gözə dəyir. Milanlılar evdə qalmağa üstünlük verir. Kafelər, restoranlar qapısına qıfıl vurub.Hər evdən yalnız bir nəfərin küçəyə çıxmasına icazə verilir.
Milanda həkim kimi fəaliyyət göstərən Domeniko Kurçi “Euronews”a müsahibəsində xəstəxanalara müraciətlərin ardı-arası kəsilmədiyini söyləyib. Onun dediyinə görə, vəziyyətin daha da pisləşməsinə hazır olmaq lazımdır.
