Çatdırılma xərclərini artıran “Trendyol”la bağlı ŞOK AÇIQLAMAbackend

Çatdırılma xərclərini artıran “Trendyol”la bağlı ŞOK AÇIQLAMA

“Trendyol” daşıma qiymətlərini bir neçə dəfə artırıb. Belə ki, əvvəllər alınan eyni məhsula bu gündən etibarən daha çox daşıma xərci tələb olunur. Ən aşağı desi (bir bağlamanın ümumilikdə ölçüsü – eni, uzunluğu) nəzərdə tutulur) qiyməti məhsulların əksəriyyətində 79,99 TL olaraq qalır və dəyişməyib. Daha böyük həcmdə olan bağlamalar üçün isə bu rəqəm 99,99 TL – 399,99 TL arasında dəyişir. Bəs mövcud qiyməti artımı azərbaycanlı müştərilərin sayının azalmasına gətirib çıxara bilər?

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bahalaşma vətəndaşlarımıza ciddi təsir etməyəcək:

“Çatdırılma xərclərinin artırılması məncə o qədər də təsirli olmayacaq. Baxmayaraq ki, qiymətlərdə bir neçə manat artım var, amma yenə də, bu platforma qiymət cəhətdən əlverişlidir. Çünki vətəndaşlar buradan 300 dollara qədər məhsul alıb, ölkəyə vergisiz keçirə bilirlər. Ancaq sahibkar həmin malları yerli bazarda satışa çıxardıqda böyük bir məbləğdə vergi ödəyir. Bu, təxminən 35-36 faiz təşkil edir ki, 100 manatlıq hər hansı bir məhsulda 35, 50 manat olduqda isə 17 manata başa gəlir. Bütün sadalanan səbəblərə nəzər yetirəndə Azərbaycana çatdırılma üçün nəzərdə tutulan xərclərdəki bir neçə manatlıq cuzi artım məsələnin məğzini dəyişmir. Onlayn alışveriş platforması “Trendyol” yenə də vətəndaşlarımız üçün əlverişli olaraq qalmaqda davam edəcək”.

Ekspert vurğulayır ki, alışveriş platformasında alıcılara təqdim edilən üstünlüklər bu şəbəkəni həmişə gündəmdə saxlayır:

“Həm də burada nəzərə almaq lazımdır ki, sözügedən tətbiqin özünəməxsus üstünlükləri də var. Doğrudur, müəyyən çatışmazlıqlar mövcuddur. Lakin üstün cəhətlər daha çoxdur. Ən böyük üstünlük odur ki, bu kanal vətəndaşa komfort verir. Həmçinin, platformanın özünəməxsus rəqabət mexanizmi var. İnsanlara müqayisə imkanı verilir. Burada sürətli şəkildə alışveriş etmək mümkündür. Eyni zamanda alıcılara seçim üstünlükləri də təklif edilir. Bütün bunlar kanalda qaldığına görə, qiymətdə daşıma xərclərinin artmasına baxmayaraq, üstünlük qorunduğu üçün kanal adi qaydada fəaliyyət göstərməyə davam edəcək. Həmin səbəbdən alıcıların davranışında kəskin dəyişiklik gözlənilmir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*