“ABŞ-ın İranla yeni məhsul ödəmə mexanizmi Vaşinqtonun Tehrana qarşı iqtisadi terrorizmini gücləndirir”.
KONKRET.AZ xəbər verir ki, bu fikri bazar günü İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif söyləyib.
“Onların iddialarının əksinə olaraq, ABŞ-ın yeni qaydaları adi iranlılara qarşı iqtisadi terrorizmi artıracaq”- deyə o, öz “Twitter” səhifəsində yazıb.
Nazirin sözlərinə görə, “ABŞ-ın maliyyə nazirliyi indi ərzaq ticarəti və dərman idxalına zərbə vurmağa çalışır.”.
