“Londonun Westminster Magistrates Məhkəməsinin hakimi bir ailədən üç milyonçunun ölkəyə qanunsuz gətirdiyi pulun “çirkli pul” olması qənaətinə gələrək, onların bank hesablarında depozitdə olan 5,6 milyon funt sterlinqi müsadirə etmək tapşırığı verib.
KONKRET.az xəbər verir ki, bu barədə tanınmış iqtisadçı alim Qubad İbadoğlu məlumat paylaşıb.
O bildirib ki, müsadirə olunan vəsait azərbaycanlı dərman maqnatı və deputat Cavanşir Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyeva, cütlüyün oğlu Orxan və qardaşı oğlu Elman Cavanşirə məxsusdur:
“Ailə üzvlərinin hamısı iddia edirdilər ki, onların sərvətləri Cavanşir Feyziyevin qanuni biznes fəaliyyətindən əldə edilib və o, Regents Parkının yanındakı “Cumberland Terrace” də ailəsinin milyon funtluq sterlinq dəyərində olan evinin də pulunu oradan ödəyib. Lakin Westminster Magistrates Məhkəməsinin rayon hakimi Con Zani üçlüyün dondurulmuş bank hesablarında saxlanılan 15,3 milyon funt sterlinqin 5,6 milyon funt-sterlinqinin müsadirə olunmasına dair qərar çıxarıb. Müsadirə olunan pulun böyük hissəsi 4,4 milyon funt-sterlinqi xanım Feyziyevaya məxsusdur. Cavanşir Feyziyevin oğlu Orxanın 1 milyon funt-sterlinqi, qardaşı oğlu Elmanın da 240.000 funt-sterlinqi müsadirə edilcək. Bu cinayət araşdırıması tam yekunlaşmadığına görə depozitdə qalan vəsait bütüövlükdə dondurulub, malikanəyə də əl qoyulub” – deyə Qubad İbadoğlu vurğulayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az
