Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Hüseyn Əmir Abdullahianla telefonla danışıb.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı ikitərəfli münasibətlər və Ukraynadaki son vəziyyət, eləcə də qarşıdakı günlərdə keçiriləcək Antalya Diplomatik Forumu müzakirə olunub.
