KONKRET.AZ xəbər verir ki, Kanadadakı Makqil Universitetinin tədqiqatçıları aşkarlayıblar ki, bir çay paketi dəmlənərkən milyardlarla mikro və nanoplastikanın hissəcikləri suya qarışır. Qeyd olunur ki, bir çay paketinin içərisindən təxminən 11.6 milyard plastik mikrohissəciklər və 3,1 milyard nanohissəcik ola bilər. Mütəxəssislərin sözlərinə görə, bu, digər növ ərzaq və içkilərdə, o cümlədən plastik şüşələrdə olan sularda olan miqdardan xeyli dərəcədə artıqdır.
Təcrübə zamanı dörd müxtəlif növ meyvə çayının bir neçə paketlərindən istifadə edilib. Bu paketlərin dəmini süzüb üzərinə 5 dəqiqəlik 95 dərəcə temperaturda olan qaynar su əlavə edilib. Tədqiqatçılar daha sonra suyu süzüblər və xüsusilə istifadə edilən çay paketlərini elektron mikroskop altında araşdırıblar. Nəticədə suda görünən nanohissəciklərin əvvəlcə paketlərdə olmadığı, yalnız dəmləmə müddətində ortaya çıxdığı aşkarlanıb. Ancaq mütəxəssislər bu hissəciklərin insan sağlamlığına necə təsir göstərdiyini anlamaqda çətinlik çəkirlər.
Hazırladi: Leyla ŞİRMƏMMƏDOVA
