Cəbrayılda avtomobili sel apardı, sürücü belə xilas edildi – VİDEObackend

Cəbrayılda avtomobili sel apardı, sürücü belə xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəbrayıl rayonu, Şükürbəyli kəndi ərazisində güclü yağış səbəbindən yaranan sel axınında 1 nəfər vətəndaşın minik avtomobilində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən KONKRET.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Cəbrayıl Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb edilib.

Hadisə yerində operativ olaraq əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə sel axınına düşən Türkiyə Respublikasının vətəndaşı 1975-ci il təvəllüdlü Aksut Yusufun həyatı üçün təhlükə yaranıb.

Yanğınsöndürənlər operativ olaraq Aksut Yusufu sel sularından xilas edərək təhlükəsiz əraziyə təxliyə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*