Çeçen xüsusi təyinatlılar bu əraziyə göndərildibackend

Çeçen xüsusi təyinatlılar bu əraziyə göndərildi

2-ci Ordu Korpusunun komandir müavini Aptı Alaudinovun komandanlığı altında “Əhməd” xüsusi təyinatlıları Baxmut istiqamətinə köçürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında məlumat yayıb.

“Bu, Baş Qərargahın etibarından və bölmənin yüksək döyüş qabiliyyətindən xəbər verir”, – Kadırov yazıb.

O, Alaudinovun Kleşşeyevka kəndindən qayıtdığını əks etdirən videonu da yayıb.

Qeyd edək ki, Kadırov 3 iyuldan məzuniyyətə getdiyini 8 iyulda elan etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*