Cəlilabad icra başçısına yeni müavin təyin edildi – FOTObackend

Cəlilabad icra başçısına yeni müavin təyin edildi - FOTO

Cəlilabad Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

KONKRET.az xəbər verir ki, icra başçısı Rafiq Cəlilovun müvafiq sərəncamı ilə Şükürov Nazim Səyyadxan oğlu Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Nazim Şükürov 7 yanvar 1967-ci ildə Bakı şəhərində anadan olub. Ailəlidir, üç övladı var.

Rus və ingilis dillərini bilir. İqtisad üzrə fəlsəfə doktorudur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*