Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
KONKRET.az-ın məlumatına görə, Uzuntəpə kəndində yük avtomobili yol kənarındakı maneəyə çırpılıb. Hadisə zamanı Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Nuriyev Rövşən Abbas oğlu və daha bir nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır./report
