Cənubi Koreyada helikopter qəzası – Ölənlər varbackend

Cənubi Koreyada helikopter qəzası - Ölənlər var

Cənubi Koreyanın Yanqyan bölgəsində mümkün meşə yanğınlarını aşkar etmək üçün havaya qalxan helikopter qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, “Yonhap” agentliyinin məlumatına görə, hadisə nəticəsində 5 nəfər ölüb.

Helikopter yerli vaxtla səhər saat 10:50 radələrində yerli Buddist məbədi yaxınlığındakı yüksək əraziyə düşüb.

Qəzada parça-parça olan helikopterdə baş verən yanğın hadisə yerinə gələn yanğınsöndürənlərin səyi nəticəsində söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*