Cənubi Koreya Hərbi Hava Qüvvələrinə məxsus F-4E (“F-4I”) qırıcısı cümə günü təlimlər zamanı qəzaya uğrayıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, insident Seuldan 35 km məsafədə Sarı dəniz üzərində baş verib.
Hər iki pilot katapult edib. Hazırda hadisənin baş vermə şəraiti araşdırılır.
