Cənubi Koreyadan Çinə maddi yardım: pul, maska, qoruyucu kostyum…backend

Cənubi Koreyadan Çinə maddi yardım: pul, maska, qoruyucu kostyum...

Koreya Respublikası hökuməti yeni koronavirusun yayılması ilə mübarizə aparmaq üçün Çinə 5 milyon dollar ayırmaq qərarına gəlib.

KONKRET.AZ bildirir ki, bu barədə TASS xəbər yayıb.

Seul yeni növ sətəlcəm xəstəliyinin yayılması ilə əlaqədar olaraq Pekinə fərdi müdafiə və gigiyena vasitələri, o cümlədən 2 milyon tibbi maska verməyi təklif edib. Bundan əlavə, Cənubi Koreya hökuməti Çin tərəfinə 100 min qoruyucu kostyum və eynək tədarük etmək niyyətində olduğunu açıqlayıb.

Daha əvvəl Koreya Prezidenti Min Çje İn Çin dövlət başçısı Si Tszinpinə göndərdiyi məktubda ölkəsinin xəstəliyin yayılmasının qarşısını almaq üçün Çinə hər cür dəstək verməyə hazır olduğunu bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*