“Ümumiyyətlə, indi qaynaqlar uğrunda çox aktiv mübarizə gedir, eyni zamanda satış bazarları və loqistika üçün də bir mübarizə var. Cənubi Qafqaz da bu mübarizənin mərkəzlərindən biridir. Əsas hadisələrin Avropa və Asiyada, ən böyük satış bazarlarında yaşandığı açıqdır. Ancaq Cənubi Qafqaz tam şəkildə loqistik mərkəzi olaraq bütün dünya oyunçularının diqqət mərkəzində qalacaq”.
KONKRET.az xəbər verir ki, bu fikirləri Rusiya Siyasi Məlumat Mərkəzinin direktoru Aleksey Muxin “Rossiya Today”-a müsahibəsində deyib.
Muxin əlavə edib ki, Amerika rəhbərliyi Cənubi Qafqazla əlaqəli mövzularda aktiv manevrlər edəcək. Lakin Böyük Britaniya bölgədə ABŞ-dan daha aktiv olacaq. Bu da Londonun son vaxtlar Ankara və Bakı ilə istiləşən münasibətindən doğur.
KONKRET.az