Çətənə yetişdirən paytaxt sakinləri tutuldubackend

Çətənə yetişdirən paytaxt sakinləri tutuldu

Xüsusi karantin rejimi dövründə Bakının Sabunçu rayonunun Maştağa və Nardaran qəsəbələrinin iki sakini çətənə yetişdirməklə məşğul olub.

Mayın 19-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən ümumi çəkisi 2 kiloqram 485 qram olan 123 narkotik tərkibli bitki kolu aşkarlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.1992-ci il təvəllüdlü Maştağa sakini Məşədi Bağırov öz sahəsində 43 çətənə kolu yetişdirdiyinə görə tutulub.

1985-ci il təvəllüdlü Nardaran sakini Ağarzu Ağayev 1 kiloqram 805 qram ağırlığında 83 çətənə kolu yetişdirdiyinə görə məsuliyyətə cəlb edilib.

Narkotik tərkibli bitkilər satış üçün becərilib.

Faktlarla bağlı cinayət işi başlanıb, araşdırma aparılır./oxu.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*