Futbol üzrə Çexiya millisi 20 ildən sonra dünya çempionatında qol vurub.
KONKRET.az xəbər verir ki, Miroslav Koubekin baş məşqçisi olduğu kollektiv qrup mərhələsinin I turunda, Cənubi Koreya ilə matçda buna nail olub.
Qarşılaşmanın 59-cu dəqiqəsində müdafiəçi Ladislav Kreyçi baş zərbəsi ilə hesabı açıb. Bu, Çexiyanın 20 ildən sonra mundiallarda ilk qoludur.
Çexiya yığması son olaraq 2006-cı ildə baş tutan turnirdə fərqlənib. Komanda həmin vaxt ABŞ-ni üç cavabsız qolla üstələyib.
Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.
