Çexiya Rusiyaya məxsus yeni daşınmaz əmlakları “donduracaq”backend

Çexiya Rusiyaya məxsus yeni daşınmaz əmlakları "donduracaq"

Çex Respublikasının Maliyyə Analitik İdarəsi Rusiyaya məxsus daha bir daşınmaz əmlakı dondura bilər.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hazırda hakimiyyət milli sanksiyalar çərçivəsində müsadirə oluna biləcək Rusiya aktivlərini yoxlayır. Bundan əlavə, İdarə Rusiya dövlət qurumlarının nəzarətində olan otelləri araşdırır.

Xüsusilə, söhbət Tatarıstanın “Svyazinvestneftexim” şirkətinə məxsus “Ulrika” otelindən və Karlovı Varıdakı “Moskovski Dvor” otelindən gedir. Ümumilikdə, Çexiya hakimiyyəti 70-ə yaxın mülkü dondurmağı planlaşdırır.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə deyib ki, Praqa beynəlxalq hüquq baxımından tamamilə qeyri-qanuni tədbirlər görüb. O, riskləri minimuma endirmək üçün vəziyyətin təhlil edildiyini vurğulayıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*