Ukrayna, Gürcüstan, Baltikyanı ölkələr, keçmiş sosialist ölkələri, xüsusən Çexiya, onlara yatırılan sərmayə üçün Rusiyaya minnətdar olmalıdır.
KONKRET.az Rusiya mediasına istinadla xəbər verir ki, bu fikirləri bu gün Dövlət Dumasının spikeri Vyaçeslav Volodin söyləyib.
O öz Telegram kanalında xarici siyasət kursu seçən bu ölkələri, yaranan maliyyə problemlərini Rusiya Federasiyasının üzərinə atmağa çalışdıqları üçün kəskin tənqid edib.
Politoloq deyib: “Çexiya, Ukrayna, Gürcüstan və Baltikyanı ölkələr özünütəsdiq cəhdlərində darıxdırıcı bir şəkildə bəyanatlarını siyasətlə başlayır, sonda “pul verin”lə qurtarırlar”.
“Bu dövlətlər sosialist düşərgəsində olanda başqalarının hesabına yaşamağa öyrəşmişdilər. Elə bu vərdiş kimi də qalıb. Suverenlik və müstəqillik sözdə deyil, əməldə olsaydı, bu vərdiş olmazdı. Ancaq seçimləri peyk dövlətləri oldu”, – deyə o əlavə edib.
O, Ukraynanın Rusiya qazının tranzitindən gəlirlərini itirəcəyindən qorxaraq, Rusiya tərəfindən “Şimal axını-2” qaz kəmərinin inşası üçün pul təzminatı tələb etdiyini xatırladıb. Çexiya, Vrbetitsadakı döyüş sursatlarının partlaması ilə əlaqədar Rusiyaya qarşı uydurma ittihamlar irəli sürərək sahibinə – ABŞ-a lütf edir və indi də 40 milyon avrodan danışır. Baltik ölkələri də bunu edirlər. İqtisadi problemlərini həll edə bilmədiklərinə görə Sovet dövrü üçün bir növ “təzminat” istəyir.
“Siyasət sosial təminat deyil. Kimdənsə pul alıb müstəqil olmaq olmaz. Belə şey olmur”, – deyə Volodin bildirib.
“Bəli, Rusiya sizə yox, siz Rusiyaya borclusunuz. Minnətdar olun ki, Rusiya Federasiyasının vətəndaşları ayrılarkən sizə verdiklərini geri tələb etmədilər. İş yerləri yaratmaq, inkişafınıza güc və vəsait qoymaqla sizi xarici problem və təhdidlərdən qoruduq. Unutmayın ki, SSRİ-nin borclarını ödəmək üçün bütün öhdəlikləri öz üzərinə götürən Rusiya idi”, – deyən Volodin xüsusi vurğulayıb ki, “Vicdanınız yoxdursa, heç olmasa, yerinizi bilin”.
“Unutmayın ki, bir rus kişisi çətin qalxar, amma sürətlə gedər. Üzr istəmək ən düzgün yoldur. Gələcəyinizi düşünərək əlaqə yaradın. Bütün problemləriniz üçün Rusiyanı günahkar hesab etməyi dayandırın. Özünüzü düzəldin. 30 ildir müstəqil dövlətlər qurursunuz. Özünüzü və başqalarını aldatmayın”.
Xuraman Etibarlı
KONKRET.az
