Çexiyada ilk dəfə 3 nəfərin yeni tip koronavirusa yoluxduğu aşkarlanıb.
KONKRET.az “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Səhiyyə naziri Adam Voytex deyib ki, virusa yoluxanlardan ikisi Praqadakı “Na Bulovce” xəstəxanası, bir nəfər isə Usti-nad-Labem şəhər xəstəxanasına yerləşdirilib.
Koronavirusa yoluxanlardan biri İtaliyadakı universitetlərdən birində təcrübə keçdikdən sonra Praqaya qayıdıb. Praqada xəstəxanaya yerləşdirilən amerikalı qadın isə Milanda təhsil alıb. Usti-nad-Labem şəhər xəstəxanasına yerləşdirilən üçüncü şəxs isə İtaliyada kurortda istirahətdə olub.