Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalyada Rumıniyanın xarici işlər naziri Boqdan Auresku və Qabonun xarici işlər naziri Pacome Moubelet Boupeya ilə ikitərəfli görüşlər keçirib.
KONKRET.az-ın xəbərinə görə, Antalya Diplomatik Forumu çərçivəsində baş tutan görüşlərdə Azərbaycan-Rumıniya əməkdaşlıq əlaqələri, perspektivləri, eləcə də Qabon-Azərbaycan əlaqələri müzakirə olunub.

