Universitet, yoxsa ixtisas? – Düzgün seçimin sirribackend

Universitet, yoxsa ixtisas? - Düzgün seçimin sirri

Ali təhsil müəssisələrinə qəbul prosesinin ən mühüm mərhələlərindən biri ixtisas seçimidir. Mütəxəssislərin fikrincə, bu mərhələdə verilən qərar gələcək peşə həyatı, karyera imkanları və əmək bazarındakı perspektivlər baxımından həlledici əhəmiyyət daşıyır.

Bəs ixtisas seçimi zamanı hansı meyarlar əsas götürülməlidir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, abituriyentlər seçim zamanı yalnız topladıqları bala deyil, bir sıra mühüm amillərə də diqqət yetirməlidirlər.

Xarici və yerli təhsil arasındakı əsas fərqlər- Təhsil eksperti Elçin Əfəndi  | tehsil365.news

Ekspertin sözlərinə görə, ilk növbədə universitetin təhsil keyfiyyəti, professor-müəllim heyəti, məzunlarının uğurları və seçilən ixtisasın əmək bazarında nə dərəcədə tələbat gördüyü araşdırılmalıdır.

“Abituriyentlər seçim edərkən universitetin təhsil səviyyəsini, seçəcəkləri ixtisasın gələcəkdə nə qədər perspektivli və əmək bazarında nə dərəcədə tələbatlı olduğunu nəzərə almalıdırlar. Eyni zamanda, ali təhsil müəssisəsində illik təhsil haqqı, universitetin yaşayış yerinə yaxınlığı və ya uzaqlığı kimi amillər də diqqətdən kənarda qalmamalıdır”.

Elçin Əfəndi qeyd edib ki, imkanı və nəticəsi uyğun olan abituriyentlər üçün ingilis dilində tədris olunan proqramlara üstünlük verilməsi gələcək karyera baxımından mühüm üstünlüklər yarada bilər.

Onun fikrincə, tələsik və düşünülməmiş seçimlər sonradan peşmanlığa səbəb ola, hətta tələbələrin gələcəkdə ixtisaslarını dəyişmək istəklərini artıra bilər.

“Bu səbəbdən abituriyentlər hazırkı mərhələdə seçimlərini emosiyalarla deyil, araşdırma apararaq və gələcək hədəflərini nəzərə alaraq etməlidirlər. Düzgün seçilmiş ixtisas həm uğurlu karyeranın, həm də peşə məmnuniyyətinin əsasını təşkil edir”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*