“Dinamo” ilə oyuna istədiyimiz kimi hazırlaşmışıqbackend

"Dinamo" ilə oyuna istədiyimiz kimi hazırlaşmışıq

“Qarabağ” Kiyev “Dinamo”su ilə oyuna istədiyi kimi hazırlaşıb.

KONKRET.az xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

Mütəxəssis Ukrayna təmsilçisi ilə oyunla bağlı gözləntilərini bölüşüb:

“Vacib səfərə çıxırıq. Yaxşı komandaya qarşı oynayacağıq. Matça istədiyimiz kimi hazırlaşmışıq. Rəqib də bizə qarşı yaxşı hazırlaşıb, çempionatda iki oyunları təxirə salınıb. Polşaya sərfəli nəticə qazanmaq üçün gedirik”.

Qeyd edək ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Dinamo” – “Qarabağ” matçı sabah, Bakı vaxtı ilə saat 21:00-da Polşadakı “Lublin Arena”da start götürəcək. Komandalar arasında cavab matçı isə avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*