Ceyhun Bayramovla Mirzoyan bu tarixdə görüşəcək – YENİLƏNİBbackend

Ceyhun Bayramovla Mirzoyan bu tarixdə görüşəcək - YENİLƏNİB

Rəsmi Bakı Azərbaycan və Ermənistan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın oktyabrın 2-də İsveçrənin Cenevrə şəhərində görüşəcəyini təsdiqləyib. 

Azərbaycan XİN-dən KONKRET.az-a bildirilib ki, iki dövlətin liderlərinin bu ilin 31 avqust tarixli Brüssel görüşü razılaşmasına uyğun olaraq, Azərbaycan tərəfindən sülh müqaviləsi üzrə danışıqların aparılması üçün xarici işlər nazirlərinin görüşünə dair təkliflər verilmişdi.

“Bununla əlaqədar olaraq bildirmək istərdik ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 2 oktyabr 2022-ci il tarixində Cenevrədə ikitərəfli görüşünün keçirilməsi nəzərdə tutulur”, – nazirlikdən qeyd olunub.

***

10:09

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında növbəti görüş oktyabrın 2-də İsveçərənin Cenevrə şəhərində keçiriləcək.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*