“Changan”ların mühərriki niyə tez sıradan çıxır? – VİDEObackend

"Changan"ların mühərriki niyə tez sıradan çıxır? - VİDEO

“Changan Uni-Z” model avtomobillərin mühərrikində baş verən nasazlıqlar son vaxtlar sürücülərin böyük narahatlığına səbəb olub. Aqreqatın vaxtından əvvəl sıradan çıxması avtomobil sahiblərinə ciddi maliyyə ziyanı vurur.

KONKRET.az xəbər verir ki, Məsələ ilə bağlı danışan usta bildirib ki, “Changan Uni-Z” mühərrikinin sıradan çıxmasının əsas səbəbi yanacaq keyfiyyəti və vaxtında olunmayan texniki baxışdır.

Onun sözlərinə görə, sürücülər aşağı oktanlı yanacaq vurur və istehsalçının tələblərinə cavab verməyən motor yağı istifadə edir.

Turbomühərriklərin yüksək hərarətlə işlədiyini vurğulayan mütəxəssis əlavə edib ki, maşına düzgün qulluq edilmədikdə və aqresiv idarə olunduqda pistonlar və alışma sistemi tab gətirmir.

Usta onu da qeyd edib ki, istehsalçının təyin etdiyi servis intervallarına riayət olunmadıqda mühərrikin ömrü kəskin şəkildə qısalır. Vaxtında dəyişdirilməyən ehtiyat hissələri sonradan daha böyük fəsadlara yol açır.

Qısası, “Changan Uni-Z” mühərrikinin sıradan çıxması zavod defektindən daha çox, keyfiyyətsiz yanacaq, səhv yağ seçimi və baxımsızlıqdan qaynaqlanır.\\bakupost.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*