İran yeni növ koronavirusun (COVID-19) bioloji silah olma ehtimalını araşdırmağa başlayıb.
KONKRET.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələri Baş Qərərgahının səhiyyə şöbəsinin müdiri Həsən Araqhizadə məlumat yayıb.
Onun sözlərinə görə, İranın tədqiqat mərkəzləri bu istiqamətdə iş aparırlar. Lakin konkret nəticənin əldə edilməsi üçün vaxt tələb olunur.
Həsən Araqhizadə bildirib ki, ölkəsi hər cür bioloji təhlükəni aşkar edib, onun qarşısını almağa qadirdir.
Qeyd edək ki, fevral ayında Çin hökuməti koronavirusun bioloji silah olması ehtimalını rədd edib. Çinin ABŞ-dakı səfiri bu iddianı “dəlilik” adlandırıb.
Son məlumatlara görə, İranda 70 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb.
