Çin döyüş təyyarələri Tayvanın hava məkanına DAXİL OLDUbackend

Çin döyüş təyyarələri Tayvanın hava məkanına DAXİL OLDU

Çin döyüş təyyarələri Tayvanın Hava Hücumundan Müdafiə Müəyyənetmə Zonasına daxil olub.

KONKRET.az xəbər verir ki, bu barədə adanın müdafiə departamenti məlumat yayıb.

Məlumatda deyilir ki, ən azı Çin Xalq Azadlıq Ordusunun 29 döyüş təyyarəsi çərşənbə axşamı Tayvanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub.

Əməliyyatda bir Y-9 elektron döyüş təyyarəsi, bir Y-8 elektron kəşfiyyat təyyarəsi, altı H-6 strateji bombardmançı, bir Y-20 tankeri, iki  KJ-500 erkən xəbərdarlıq və nəzarət təyyarəsi, bir sualtı Y-8 təyyarəsi, səkkiz J-16 qırıcı, dörd Su-30 və beş PLA J-11 təyyarəsi iştirak edib. 

Tayvan Müdafiə Nazirliyi döyüş təyyarələrini qaldıraraq cavab verib və hava hücumundan müdafiə qüvvələri hədəfləri izləyib.

Mülki təyyarələrin müəyyən edildiyi hava hücumundan müdafiə identifikasiya zonası anlayışı beynəlxalq hüquqda təsbit edilməyib. Belə zonaların miqyası konkret ölkələr və ya regionlar tərəfindən elan edilir və mütləq onların sərhədləri ilə məhdudlaşmır.

Tayvanın Hava Hücumundan Müdafiə İdentifikasiya Zonası birtərəfli qaydada ada elan edilib. Onun sahəsi 492 min kvadratmetrə çatır və adanın hava məkanını əhəmiyyətli dərəcədə aşır. O, həmçinin ətrafındakı su ərazisini, Tayvan boğazını, eləcə də materik Çinin üç əyaləti – Fujian, Jiangxi və Zhejiang üzərindəki hava məkanının bir hissəsini tutur.

Çin təyyarələri son aylarda müntəzəm olaraq Tayvanın hava hücumundan müdafiə identifikasiya zonasını keçərək bölgədə təlimlər keçirib. Bu il ən böyük belə əməliyyat 23 yanvar 2022-ci ildə 39 təyyarənin hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olması ilə baş tutub.

Tayvan 1949-cu ildən, Çan Kayşi (1887-1975) başçılıq etdiyi Kuomintang qüvvələrinin qalıqları Çin vətəndaş müharibəsində məğlub olduqdan sonra oraya qaçdıqdan sonra öz administrasiyası tərəfindən idarə olunur. O vaxtdan bəri ada kommunistlər hakimiyyətə gələnə qədər materikdə mövcud olan keçmiş Çin Respublikasının bayrağını və bəzi digər atributlarını qoruyub saxlayır. Rəsmi Pekin Tayvanı ÇXR-in əyalətlərindən biri hesab edir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*