Çin dünyanın ilk metanla işləyən raketini kosmosa göndərdibackend

Çin dünyanın ilk metanla işləyən raketini kosmosa göndərdi

Çinin “LandSpace” şirkəti tərəfindən hazırlanmış dünyanın ilk metan və maye oksigenlə işləyən “Zhuque-2” raketi uğurla kosmosa göndərilib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda özəl aerokosmik şirkəti “LandSpace” açıqlama verib.

Qobi səhrasındakı Jiuquan peyk buraxılış mərkəzindən buraxılan “Zhuque-2” yükünü Günəşlə sinxron orbitə uğurla çıxaran ilk metanla işləyən raket oldu.

Yanacaq kimi maye metan, oksidləşdirici kimi maye oksigeni istifadə edən raket aşağı orbit üçün 6 ton, günəşlə sinxron orbit üçün isə 4 ton daşıma qabiliyyətinə malikdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*