ABŞ və Çin arasında yeni “soyuq müharibə” olmayacaq.
KONKRET.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Çin lideri Si Cinpinlə görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib.
“Mən inanıram ki, yeni “soyuq müharibə” olmayacaq. Si Cinpinlə bir neçə dəfə görüşmüşəm. Bütün bu görüşlərdə biz bir-birimizə qarşı səmimi və açıq idik. Çin tərəfindən Tayvanın işğalına dair hər hansı bir cəhd olacağını düşünmürəm”, – Bayden bildirib.
O qeyd edib, Çin hücum edəcəyi təqdirdə ABŞ adanı qoruycaq.
