Çin İranla bağlı bu iddianı inkar etdi – Pekin və Tehran nə planlayır?backend

Çin İranla bağlı bu iddianı inkar etdi - Pekin və Tehran nə planlayır?

Çin Xarici İşlər Nazirliyi İrana yüzlərlə raket buraxılış qurğusunun göndərilməsi ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “The Global Times” nəşri Çin XİN-in sözçüsü Mao Ninin fikirlərinə istinadən məlumat yayıb.

Mao Nin bildirib ki, Çin hakimiyyəti İran məsələsi ilə bağlı mövqeyini dəfələrlə açıqlayıb. Onun sözlərinə görə, Çin hər zaman sülhün təşviqi və gərginliyin azaldılması istiqamətində konstruktiv rol oynayıb.

Xatırladaq ki, bir gün əvvəl Qərb KİV-ləri İranın yaxın həftələr ərzində Çindən ilk raket buraxılış qurğuları partiyasını ala biləcəyini yazıb.

Məlumatlarda qeyd olunurdu ki, həmin partiyaya 400-ə qədər raket buraxılış qurğusu daxil ola bilər.

Lakin Pekin bu iddiaları rəsmi şəkildə təkzib edib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*