Çin müvəqqəti olaraq Rusiya neftindən imtina edib.
KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Çinin neft idxalçıları Ukrayna böhranının gəmiçiliyə potensial təsiri səbəbindən Rusiya neftinin alışlarından qısa müddətə imtina etmək qərarına gəliblər.
Uzaq Şərq limanlarına yüklənmiş xammalın daimi alıcıları maliyyələşdirmə və malların ödənişi ilə bağlı vəziyyət aydınlaşana qədər alışları dayandıracaqlarını bildiriblər. Bundan əlavə, yükgöndərənlərin təhlükəsizlik səbəbi ilə bölgədən yayınmağa başlaması səbəbindən Qara dənizdən neftin nəqlinin dəyəri üç dəfə artıb.
Çin Rusiya neftinin ən böyük alıcısıdır. Çinin neft emalı sənayesinin nümayəndələri yaxın günlərdə vəziyyətə aydınlıq gətiriləcəyinə ümid etdiklərini bildiriblər. Şirkətlər göndərmə üçün daha çox pul ödəməkdən və ya ödəniş problemlərinə qarışmaqdan başqa seçimləri olmayan bir vəziyyətdə olmaq istəmirlər.
ABŞ-ın sanksiyaları Rusiyanın enerji ixracına təsir etməyib, lakin Hollandiyanın ING Groep NV və Rabobank kimi bəzi Avropa bankları iki ölkə ilə bağlı mal ticarətinin maliyyələşdirilməsinə məhdudiyyətlər qoymağa başlayıblar. Digər maliyyə qurumları Rusiyadan yüklərə akkreditivlərin verilməsini məhdudlaşdırıb. Buna baxmayaraq, ölkənin SWIFT beynəlxalq ödəniş sisteminə çıxışı qadağan olunmayıb, ona görə də Rusiya malları üçün dollar və avro ilə ödənişlər davam edə bilər.
Asiya treyderlərinin fikrincə, fevralın əvvəlində çinli alıcılar aktiv şəkildə Rusiyanın ESPO və Sokol neftini alır, həmçinin Qara dənizə yüklənən Urals neftinin yükünü götürürdülər.
Xuraman Etibarlı,
KONKRET.az
