Çin Prezidenti 3 ildən sonra xaricə səfər edəcəkbackend

Çin Prezidenti 3 ildən sonra xaricə səfər edəcək

Çin Xalq Respublikasının Sədri Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, koronavirus epidemiyasının ilk aylarından səfərə getməyən Si, 3 ildən sonra ilk dəfə xarici ölkələrə gedəcək.

Çin Sədri sentyabrın 14-də Qazaxıstana, daha sonra isə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün Özbəkistana gedəcək.

Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, Si Cinpin qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə bu iki ölkəyə rəsmi səfər edəcək.

Qeyd edək ki, Çin Prezidenti Myanmaya sonuncu rəsmi səfərini 2020-ci ilin yanvarında edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*