Çinin “HEAD Aerospace” şirkəti Rusiyaya yüzdən çox peykdən məlumat, o cümlədən “Jilin-1 Gaofen 03D12” və “03D13” peyklərindən yüksək keyfiyyətli optik təsvirlər təqdim edir”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu məlumat NATO qoşunlarının Avropada hərəkətini izləmək və Ukraynada müharibəni daha yaxşı aparmaq üçün istifadə olunur.
ABŞ kəşfiyyat agentlikləri təsdiq edir ki, Çin Rusiyanı təkcə optik və radar məlumatları ilə deyil, həm də raket və digər hərbi sistemlərin istehsalı üçün lazım olan texnologiya ilə təmin edir.
“İki ölkə arasında davamlı hərbi inteqrasiya əlamətləri fonunda Çin Rusiyaya hərbi məqsədlər üçün peyk görüntüləri təqdim edib”, – nəşr qeyd edib.
Bu dəstək optik peyk sistemlərindən alınan görüntülərlə məhdudlaşmır. Rusiya Müdafiə Nazirliyi və PIK Vaqner də Çinin “Spacety” operatorunun radar peyklərindən kəşfiyyat məlumatları alıb.
Eyni zamanda, Çin siyasi cəhətdən Rusiya-Ukrayna müharibəsinə qarşı neytral qalmağa çalışır, eyni zamanda ölkənin hərbi məqsədlər üçün istifadə etdiyi texnika ilə Rusiyaya kömək edir.
Rəsmiyyə Şərifova,
KONKRET.az