Çin və Nepalda dünyanın sonu gəldi – Xilasetmə əməliyyatları dayandıbackend

Çin və Nepalda dünyanın sonu gəldi - Xilasetmə əməliyyatları dayandı

Çin və Nepal sərhəddə xilasetmə əməliyyatını dayandırıb. Torpaq sürüşməsi nəticəsində yaranan göl məcrasından çıxaraq daşmağa başlayıb.

KONKRET.az dünya mediasına istinadən xəbər verir ki, insanlar təcili şəkildə suyun çatmayacağı yüksəkliklərə keçməyə çalışırlar.

Çin Prezidenti Si Cinpin Çin Kommunist Partiyasının rəhbərləri ilə keçirdiyi müşavirədə xəbərdarlıq edib ki, yaranmış su bəndinin dağılması Çinin daha geniş ərazilərinin su altında qalmasına səbəb ola bilər.

Nepal hakimiyyətinin son məlumatlarına görə, torpaq sürüşməsinin yaratdığı daşqın nəticəsində 469 nəfər həlak olub. Təxminən 1300 nəfər itkin düşmüş hesab olunur. İtkinlərin demək olar ki, yarısı əcnəbilərdir. Sərhədyanı bu ərazi turistlər və zəvvarlar arasında olduqca populyardır.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*