Çin vətəndaşı Azərbaycanda faciəvi şəkildə öldübackend

Çin vətəndaşı Azərbaycanda faciəvi şəkildə öldü

Qaradağda özəl şirkətlərdən birində quraşdırıcı işləyən Çin Xalq Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdlü Ren Zhanmın ehtiyatsızlıq nəticəsində həyatını itirib.

Rayon prokurorluğundan KONKRET.az-a verilən məlumata görə, Ren Zhanmın onunla eyni şirkətdə operator-sürücü vəzifəsində işləyən Vüqar Cəfərovla birgə Qobustan qəsəbəsində yolda olan maneəni qaldırmaq istəyərkən teleskopik yükləyicinin hissələri arasında qalıb, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*