Çində gün ərzində 43 nəfər koronavirusun qurbanı oldubackend

Çində gün ərzində 43 nəfər koronavirusun qurbanı oldu

Son gün ərzində Çində koronavirus təxminən iki min insana yoluxub və 43 nəfər dünyasını dəyişib.

KONKRET.AZ Rusiya mediasına istinadla xəbər verir ki, bu haqda məlumatı “Global Times” nəşri yayıb.

Hubey əyalətində koronavirus ilə 1,2 min infeksiya və 42 ölüm halları qeydə alınıb. Eyni zamanda vilayətdə infeksiya hallarının ümumi sayı 5,8 min nəfərə qalxıb, onlardan 116 nəfəri sağalıb, 213 nəfər isə vəfat edib.

Şanxayda 16 yeni virus xəstəliyi və bir insanın ölüm halı da təsdiqlənib. Hal-hazırda Çinin beş şəhəri kritik vəziyyətdədir və 164 nəfər yoluxma şübhəsi səbəbindən nəzarətdədir.

Qeyd edək ki, 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Vuhan şəhərində pnevmoniyanın baş verməsi barədə məlumat verib. Xəstəliyin törədicisi koronavirus “2019-nCoV”un yeni bir növüdür. Son məlumatlara görə, hazırda Çində 9 mindən çox insan koronavirusa yoluxub.

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*