Koronavirusun başlanğıc nöqtəsi sayılan Çin epidemiyaya qalib gəlmək üzrədir. Asiya dövlətində virusa yoluxanların sayı kəskin azalıb.
KONKRET.az xəbər verir ki, Çində şagirdlər məktəblərə qayıdır. Ölkə üzrə 2480 orta təhsil ocağında dərslər bərpa olunub. Yaxın günlərdə sayın artacağı gözlənilir.
Bütün məktəblərdə ultra-qırmızı termometrlər quraşdırılıb. Gün ərzində üç dəfə şagirdlərin hərarəti yoxlanılır. Müəllimlər ciddi tibbi nəzarət altındadır. Bütün sinif otaqları, yeməkxanalar dezinfeksiya olunub.
Şagirdlər siniflərdə şahmat şəklində əyləşirlər. Yəni onlar arasındakı məsafə qorunur.
“Euronews”a danışan müəllimə Tszı Yanmey məktəbə qayıtdıqlarına görə çox xoşbəxt olduqlarını söyləyib.
