Çində kömür mədənində güclü partlayış: ölənlər varbackend

Çində kömür mədənində güclü partlayış: ölənlər var

Çinin Çongqing şəhərində kömür mədənlərinin birində güclü partlayış baş verib. KONKRET.az  xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 24 mədənçi dağıntılar altında qalıb.
Rəsmilər mədəndə köməksiz vəziyyətdə qalan 24 mədənçidən 18-nin karbonmonoksit səviyyəsinin həddindən artıq artması səbəbiylə öldüyünü, 1 mədənçinin isə xilas olduğunu bildiriblər. Digər 5 mədənçinin də xilas olacağının gözlənildiyi vurğulanıb.
Qeyd edək ki, sentyabr ayında da Çongqing şəhərində mədənlərin birində partlayış baş vermiş, 16 mədənçi dəm qazından zəhərlənərək ölmüşdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*