Çində koronavirusdan müalicə üçün dərman istehsalına başlanıldıbackend

Çində koronavirusdan müalicə üçün dərman istehsalına başlanıldı

Fevralın 15-dən Çinin Çjetszyan əyalətində eni tip koronavirusla mübarizədə effektli ola biləcək ilk dərman preparatının kütləvi istehsalına başlanıb.

KONKRET.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, söhbət bundan əvvəl “Favipiravir”, yaxud “Avigan” adı ilə tanınan dərmandan gedir.

Çin hökuməti “Zhejiang Hisun Pharmaceutica” şirkəti tərəfindən istehsal edilən “Favipiravir” preparatının bazarda satışa çıxarılmasına icazə verib.

Bundan əvvəl Çin Elm və Texnika Nazirliyi yanında Biotexnoloji işlər üzrə Milli Mərkəzin direktoru Çjan Sinmin bir neçə dərman preparatının, o cümlədən “Remdesivir” və “Favipiravir” dərman preparatlarının klinik sınaqlar zamanı koronavirusla müalicədə effektiv olduğunu bildirmişdi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*