Çində koronavirusdan ölənlərin sayı 259 nəfərə çatdıbackend

Çində koronavirusdan ölənlərin sayı 259 nəfərə çatdı

Çində 11,7 mindən artıq insan 2019-nCoV koronavirusuna yoluxub.

KONKRET.AZ “TASS”a istinadla xəbər verir ki, 2019-nCoV koronavirusundan ölənlərin sayı 259 nəfərə çatıb.

Bildirilir ki, ən çox yoluxma və ölüm halları Hubey əyalətində qeydə alınıb (7,1 mindən artıq yoluxma halları, 249 ölü).

Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb.

Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*